Azərbaycan neftinin qiyməti 95 dolları keçib
- 04.02.2022, 11:18,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
LIVE.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,42 ABŞ dolları və ya 1,52% artaraq 95,07 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.