Pərviz Şahbazov: "Balkan ölkələri Azərbaycan qazının bu bölgəyə qədər uzadılmasını xahiş etdilər"
- 04.02.2022, 21:16,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının bugünkü iclaslarında bütün məsələlər və çətinliklər müzakirə olunub.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantının yekunları ilə bağlı təşkil olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, SGC bu istiqamətdə olan missiyasını uğurla həyata keçirirb: “Bu gün Cənub Qaz Dəhlizi uğurla fəaliyyət göstərir”.
Nazir bildirib ki, bu gün iclas çərçivəsində iki görüş keçirilib: "Bu görüşlərdən biri də Balkan ölkələrindən olan nümayəndələr Azərbaycan qazının bu bölgəyə qədər uzadılmasını xahiş etdilər və bununla bağlı istəklərini dilə gətirdilər. Bu istiqamətdə işləri növbəti dövr ərzində həyata keçirəcəyik".
Report