Meksikada ötən il 33 mindən çox şəxs qətlə yetirilib



Rəsmi məlumatlara görə 2021-ci ildə Meksikada 33 308 nəfər qətlə yetirlib.

Bu barədə ölkənin Milli Statistika və Coğrafiya İnstitutu məlumat yayıb.

İnstitutun apardığı araşdırmaya görə, ötən ilin dekabrında yaşayış yerində özlərini təhlükəsiz hiss etməyən ölkənin yaşlı sakinlərinin sayı 65,8%-ə çatıb.

Ən çətin vəziyyət Fresnillo şəhərində müşahidə olunur və şəhərdə bu göstərici 96,8%-ə çatıb.

Rəsmi dövlət qurumlarının hesablamalarına görə, qətllərin 90%-dən çoxu mütəşəkkil cinayətkar dəstə üzvləri tərəfindən törədilib.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri