Seneqal millisi tarixində ilk dəfə Afrika çempionu olub



Futbol üzrə Afrika Millətlər Kubokunda final oyunu keçirilib.

 Kamerunun paytaxtı Yaundedəki "Olembe" stadionunda təşkil olunmuş həlledici görüşdə Seneqal və Misir yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 0:0. 5-ci dəqiqədə seneqallı hücumçu Sadio Mane penaltini dəqiq yerinə yetirməyib.

Penaltilər seriyasında isə məhz Mane son zərbədən məharətlə yararlanaraq, komandasına qələbə qazandırıb - 4:2.

Bununla da Seneqal millisi tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub.

Qeyd edək ki, Misir yığması hamıdan çox - 7 dəfə bu kuboka sahib olsa da, sonuncu dəfə 2010-cu ildə çempionluğa yiyələnib.




Report
Şərhlər
Dünya bölməsinin xəbərləri