Azərbaycan Televiziyası “Şuşa İli” ilə əlaqədar yeni layihəyə start verir.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən LIFE.az-a verilən məlumata görə, “Şuşam mənim” adlı layihə silsilə verilişlər şəklində olacaq.
İlboyu yayımlanacaq verilişdə Əməkdar incəsənət xadimi İlham Rəhimli iki şuşalı ilə birlikdə şəhəri qarış-qarış gəzəcək. Onlar Şuşada əvvəl mövcud olub, işğal zamanı ermənilər tərəfindən dağıdılmış abidələrin yerini, yaxud qalıqlarını tapır, köhnə şəkillərini və hazırkı vəziyyətini nümayiş etdirirlər.
Hər buraxılış mövzular üzrə işlənəcək: məhəllələr, bulaqlar, məscidlər, tarixi abidələr və s.
Layihənin məqsədi erməni barbarlığını bir daha dünyaya nümayiş etdirməkdir.
Azərbaycan Televiziyasının bu layihəsi “Şuşa İli”nə töhfələrdən biri olacaq.