Son 10 ildə transferlərə ən çox pul xərcləyən Avropa klubu bəlli olub
- 07.02.2022, 14:46,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) son 10 ildə Avropanın top-5 liqalarında transferlərə ən çox pul xərcləyən klubların adlarını açıqlayıb.
"Report" CIES-in rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubu oyunçu keçidləri üçün 1 699 000 000 avro xərcləyib. "Şəhərlilər"in transferlərdən gəlirləri 715 000 000 olub.
İkinci sırada İspaniya "Barselona"sı qərarlaşıb. Kataloniya təmsilçisi 1 630 000 000 avro xərcləyibsə, 980 000 000 qazanıb.
İlk "3-lüy"ü İngiltərənin "Çelsi" klubu qapayır. "Zadəganlar" son 10 ildə futbolçu alışına 1 614 000 000 avro ödəyib, 1 201 000 000 avro gəlir götürüb.