Dmitri Peskov: “Qərblə münasibətlərimiz gərgin olaraq qalmaqdadır”


“Qərblə münasibətlərimiz gərgin olaraq qalmaqdadır”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Buna səbəb Ukrayna mövzusudur. Son günlər Rusiya üçün təhlükəsizlik təminatları mövzusu baxımından yeni heç nə yoxdur. Qərb bu mövzudansa, Ukrayna ətrafındakı vəziyyəti müzakirə etməyə üstünlük verməlidir. Biz hər gün ABŞ-dan, Avropanın müxtəlif ölkələrindən fərqli bəyanatlar eşidirik. Ona görə də hələlik gərgin atmosfet davam etməkdədir”, - o bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri