Koronavirusun "omikron" ştamının əsas yayılma yerləri açıqlanıb
- 07.02.2022, 15:24,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Koronavirusun "omikron" ştamının əsas yayılma yerləri ictimai nəqliyyat və aildədaxili təmaslardır.
Bunu rusiyalı infeksionist Nikolay Malışev bildirib.
Malışev vurğulayıb ki, virusun ailə daxilində yayılması üçün onu haradansa gətirmək lazımdır. Onlar əsasən ictimai nəqliyyatda yoluxurlar.
"Bunlar dəmir yolu stansiyaları və hava limanlarıdır, xüsusən də saxlama kameralarında insanlar virusa tez-tez yoluxur. Belə ki, adı çəkilən yerlərdə həm izdiham olur, həm də insanlar maskasız gəzir", - həkim qeyd edib.
Bundan əvvəl İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətin - "Rospotrebnadzor"un rəhbəri Anna Popova bildirib ki, bəzi Avropa ölkələrində olduğu kimi, Rusiyada da “omikron”un yayılma tempi aşağı düşüb. Onun sözlərinə görə, sələfindən daha yoluxucu olan "gizli omikron" BA.2 ölkədə bütün infeksiyaların təxminən 3%-ni təşkil edir.
Report