Bakı Olimpiya Stadionunun tikintisi üçün nəzərdə tutulan ərazinin təmizlənməsi yekunlaşıb

Bakı Olimpiya Stadionunun tikintisi üçün nəzərdə tutulan ərazinin təmizlənməsi yekunlaşıb Hazırda Bakı şəhərinin infrastrukturunda önəmli layihələrdən olan Bakı Olimpiya Stadionunun tikintisi istiqamətində böyük işlər görülür. Ötən ildən başlayaraq "Ekol Mühəndislik Xidmətləri" QSC də bu mühüm layihənin ilkin mərhələsində yaxından iştirak edərək, layihə ərazisindən fekal sularının kənarlaşdırılması işlərini uğurla icra edib. Bu barədə Trend QSC-nin saytına istinadən məlumat verir.

Layihəni icra edən QSC-nin Tullantıların Emalı Departamenti (TED) icra müddətində əraziyə lazımi texnika, avadanlıq və işçi qüvvəsi cəlb edib, müqavilə üzrə nəzərdə tutulmuş işlər təqvim planına uyğun və keyfiyyətlə yerinə yetirilib. 2012-ci ilin may ayından başlayaraq TED tərəfindən layihə ərazisindəki süni gölməçələrdən 1 milyon 190 min m3-dən çox fekal suları kənarlaşdırılıb.

2013-cü ilin aprel ayında "Ekol Mühəndislik Xidmətləri" QSC "Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması" layihəsinin icrasını uğurla başa çatdırıb.

Bakı Olimpiya Stadionunun tikintisi üçün nəzərdə tutulan ərazinin təmizlənməsi yekunlaşıb

Bakı Olimpiya Stadionunun tikintisi üçün nəzərdə tutulan ərazinin təmizlənməsi yekunlaşıb
Şərhlər
İdman bölməsinin xəbərləri