AVRO-2028: Böyük Britaniya və İrlandiya ortaq ev sahibliyi üçün müraciət edib

  


Böyük Britaniya və İrlandiya 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ortaq ev sahibliyi etmək istəyi ilə namizədliklərini irəli sürüb.

  "Sky Sports" nəşrinin məlumatına görə, onlar 2030-cu il dünya çempionatına təşkilatçılıq təklifini rədd ediblər.

Avropa çempionatı 2028-ci ildən 32 milli komandanın iştirakı ilə təşkil edilə bilər. Daha əvvəl bildirilib ki, 8 qrupdan 4-nün matçları İngiltərədə, qalan qrupların qarşılaşmaları isə Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiyada oynanıla bilər.

Turniri keçirməyə namizəd ölkələr arasında Rusiya və Türkiyə də var.

Qeyd edək ki, hazırda Avropa çempionatının final mərhələsində 24 yığma çıxış edir.
Şərhlər
İdman bölməsinin xəbərləri