Cem Adrian Bakıda möhtəşəm konsert verib


Türkiyənin məşhur müğənnisi Cem Adrian 6 fevral Bakı Konqres Mərkəzində möhtəşəm konsert verib.  Konsert Event office təşkilatçılığı ilə baş tutub.

 Müğənniliklə yanaşı, bəstəkar, prodüser və rejissor olan Adrianın səs diapazonu basdan sopranoyadəkdir.

Musiqi karyerasına 18 yaşında başlayıb. "Ben bu şarkıyı sana yazdım" adlı ilk albomunu 2005-ci ildə buraxıb. Albom 16 min tirajla satılıb. Üç il sonra isə Adrianın "Essentials /Seçkiler" və "Emir" adlı iki albomu birdən çıxdı. Bir neçə dəfə "Altın kelebek" mükafatının "İlin mahnısı", "İlin müğənnisi" kateqoriyalarında qalib olub.

Cem Adrian musiqidə sərhədlər, tərzlər və qaydalardan kənardı. Özünü sadəcə “özgür bir müzisyen” olaraq təyin edən, güclü səsi və möhtəşəm performansı ilə seçilən müğənni azərbaycanlı sevənlərinə musiqi dolu saatlar yaşatdı.

Ulduzun pandemiya səbəbilə 2020-ci ildə təxirə düşən konsert proqramı nəhayət ki, baş tutdu və bakı pərəstişkar larını çox sevindirdi.

Cem Adrian səhnədə sevilən əsərlərini səsləndirib.Onların arasında: " Bən seni çok sevdim", " Mutlu yıllar", "Yıldizların altında", "Ayrılık", "Küçük adam"

" Kül" və s. Konsertdə müğənni həmdə Halil Sezai ve Ahmet Kayanın repertuarına müraciət edib.

İfaçının konsertində izdiham yaşanıb. Cem Adrian həmin anları instaqram hesabındada paylaşıb.








 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri