Təyyar Eyvazov: "İnsanlar koronavirusu yüngül keçirdiklərindən ciddi qəbul etmirlər"
- 09.02.2022, 20:12,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bəzən insanlar koronavirusun əlamətləri yüngül olduğundan xəstəliyin ciddiliyini qəbul etmirlər. Bu səbəbdən mövsümi alovlanma tendensiyasını müşahidə edirik".
Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, "Omikron" ştamında yoluxuculuq qabiliyyəti yüksək olduğundan ailə üzvlərinin əksəriyyəti xəstələnir: "İnsanlar hesab edirlər ki, koronavirusa yoluxmayıblar. Əgər "Delta” ştamında yoluxuculuq az idisə, “Omikron” ştamında vəziyyət fərqlidir. Yəni ailə üzvləri özlərini tam qorumurlar. Əgər ailədə bir nəfər xəstəliyi evə gətirirsə və hamı xəstələnirsə, deməli, infeksiya eynidir”.
Report