Vladimir Putin: “Dağlıq Qarabağ problemini siyasi yolla həll etmək lazımdır”

Vladimir Putin: “Dağlıq Qarabağ problemini siyasi yolla həll etmək lazımdır” “Dağlıq Qarabağ probleminin həlli yalnız siyasi üsullarla mümkündür”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündən sonra baş tutan mətbuat konfransında bəyan edib.

“Danışıqlar zamanı biz Dağlıq Qarabağ problemi də daxil olmaqla aktual beynəlxalq məsələlərə toxunduq. Həlli yalnız siyasi üsullarla mümkün olan münaqişənin tezliklə nizamlanmasına Rusiya fəal dəstək verir”, deyə Putin vurğulayıb.

O həmçinin Xəzər bölgəsində delimitasiya, ekologiya məsələləri ilə bağlı olan problemlərin bütün region ölkələrinin maraqlarına uyğun həllinin vacibliyini qeyd edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri