XİN rəhbəri: “Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə riayət edir”
- 10.02.2022, 13:04,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan ilk gündən Qoşulma Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırıb və onlara riayət edib”.
LIVE.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində təşkil edilən Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiya Konfransında çıxışı zamanı bildirib.
XİN rəhbəri Qoşulmama Hərəkatının dünyada ikinci ən böyük təşkilat olduğunu qeyd edib.
“Azərbaycanın bu təşkilat çərçivəsində irəli sürdüyü təşəbbüslərin çoxu bu prinsiplərə uyğun olub”, - C.Bayramov deyib.
Azərbaycan XİN rəhbəri Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bütün dünyadan olan gənclər bu şəbəkədə fəal iştirak etməli və ona öz töhfələrini verməlidirlər.
O həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməkdə davam etdirdiyini qeyd edib.