“Mənimlə evlən” filmin nümayişi başlayıb

“Mənimlə evlən” filmin nümayişi başlayıb

10 fevraldan Nizami Kino Mərkəzində “Mənimlə evlən” romantik komediyasının nümayişi başlanıb.
Baş rollarda- Cennifer Lopez və Ouen Uilson.
Pop-diva Ket Valdez və onun nişanlısı Bastian
 ilin ən çox müzakirə olunan cütlükləridir. Milyonlarla insan
canlı efir vasitəsilə onların hər addımlarını izləyirlər. Ket konsert zamanı nişanlısının ona
xəyanət etdiyini öyrənir.
Tam çaşqınlıq içində, elə çıxışı zamanı o, ilk gördüyü kişidən, riyaziyyat müəllimindən onunla evlənməsini xahiş edir. 
Rejissoru Kat Coiro olan film Bobby Crosby-nin qrafik romanı əsasında çəkilib.Filmin ssenarisini Con Rocers, Tami Saqer və Harper Dill yazıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri