Nazir: "Hərbi və xidməti sirlərin qorunması vacibdir"
- 11.02.2022, 13:51,
- Hərbi / Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Vətən müharibəsində əldə edilən Qələbədən sonra informasiya sahəsində Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin fəaliyyətinə toxunub.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Xəbərə görə, nazir Laçında yerləşən hərbi hissələrdə hərbi qulluqçularla görüşdə yayılan böhtan və təxribat xarakterli məlumatlara qarşı diqqətli olmağı, hərbi və xidməti sirlərin qorunmasının vacibliyini xüsusi qeyd edib.
APA