Əmək Məcəlləsinə "məcburi məzuniyyət" anlayışı daxil ediləcək
- 11.02.2022, 13:55,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Məzuniyyətin 4 növü var”.
Bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.
O bildirib ki, məzuniyyətin məqsədi işçinin il ərzində sərf etdiyi enerjini bərpa etməkdir: “Əmək Məcəlləsində hazırda məzuniyyətə görə məcburilik tələbi yoxdur. Amma hər ilin əvvəlində həmin ilin məzuniyyət qrafiki təsdiq edilir. Bəzən işçilər məzuniyyətə getmək istəmir. Biz bu problemin aradan qaldırılması ilə bağlı da Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlamışıq. Dəyişikliklərə əsasən, məcburi məzuniyyətlə bağlı hallar müəyyən edilir. Kiminsə məzuniyyətə getməmək halından sui-istifadə edə bilməməsi üçün bu dəyişiklik hazırlanır. Məzuniyyətin digər təqvim ilinə keçirilməsi üçün hallar müəyyən edilir. Üçüncü dəyişiklik isə məzuniyyətdən istifadə edilmədiyi hallarda kompensasiyanın ödənilməsi ilə bağlıdır. Yəni birbaşa olaraq məcburilik hazırda yoxdur, amma məzuniyyət hüququ müəyyən edilib. Burada hər iki tərəfin məsuliyyəti var. Ya məzuniyyətdən istifadə etməli, ya növbəti ilə keçirilməlidir, ya da kompensasiya ödənilməlidir. Əgər işçi əmək məzuniyyətində olarkən əmək qabiliyyətini itirərsə, onun məzuniyyət günləri işçinin təşəbbüsü ilə digər iş ilinə və təqvim ilinə keçirilə də bilər”.
APA