Azərbaycanda koronavirusdan ölənlərin sayı 9 mini keçib
- 12.02.2022, 21:52,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 948 yeni yoluxma faktı qeydə alınıb, 7 060 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan mediaya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 738 328 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 679 316 nəfər müalicə olunaraq sağalıb, 9 027 nəfər vəfat edib. 49 985 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 844, bu günə qədər isə ümumilikdə 6 372 838 test icra olunub.