Rusiya və Azərbaycan prezidentləri çay süfrəsində söhbət ediblər
- 14.08.2013, 02:59,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya prezidenti Vladimir Putin Bakıya işgüzar səfərini Azərbaycan prezidenti İlham Əliyevlə qeyri-formal şəraitdə söhbətlə yekunlaşdırıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Vladimir Putinin şərəfinə Azərbaycan prezidenti adından verilmiş nahardan sonra Azərbaycan prezidenti İlham Əliyev Vladimir Putini evinə dəvət edib. Çay süfrəsində qeyri-formal şəraitdə baş tutmuş söhbət zamanı prezidentlər ikitərəfli münasibətlərin aktual məsələlərinin müzakirəsini davam ediblər.