Səfir: “Azərbaycanın azad olunan ərazilərində Yaponiya şirkətlərinin fəaliyyətləri nəzərdə tutulub”
- 13.02.2022, 00:47,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanın azad olunan ərazilərində Yaponiya şirkətlərinin də müəyyən fəaliyyətləri nəzərdə tutulub. Bununla bağlı hazırda lazımi məsələlər həyata keçirilməkdədir”.
Bunu “Report”a açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Cüniçi Vada deyib.
Diplomat qeyd edib ki, keçən il azad olunan ərazilərdə yaşıl enerji planı ilə bağlı layihə hazırlanıb:
“Həmin ərazilərdə bərpaolunan enerji, yaşıl enerji, “ağıllı şəhər”lərlə bağlı müəyyən layihələrin də həyata keçirilməsi planlaşdırılır. Bununla bağlı danışıqlar həyata keçirilir”.
Səfir həmçinin Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini vurğulayıb:
“Onların arasında yapon mədəniyyətinin təqdimatı, yapon filmləri həftəsi və s. kimi tədbirlər də var. Yaponiya filminin Azərbaycan televiziyasında yayımlanmasını da nəzərdə tuturuq. Həmin tədbirlərin Azərbaycanın bir çox bölgələrində keçirilməsi planlaşdırılır. Onların arasında Gəncə, Şəki, Şamaxı, İsmayıllı, Lənkəran şəhərləri xüsusi olaraq yer tutur. Amma tədbirlərin çoxu Bakıda keçiriləcək”.