Lalə Məmmədovə: “Sevdiyim var, amma evliliyə hazır deyiləm”




Əməkdar artist Lalə Məmmədova sevgi münasibətində olduğunu açıqlayıb.

LİVE.az Qafqazinfo-ya istinadla  xəbər verir ki, bu barədə o, “Şourum” verilişində danışıb:

“Şəxsi həyatımda günəş doğur. İşıqlarını hiss edirəm. İnsanın içində müəyyən bir şeylər cücərirsə, o heç nəyi gözləmir. Nə qışı gözləyir, nə də yazı. Mənim içimdə duyğular var. Səbəbi olan insan da var”.

Uğursuz ailə həyatından danışan Məmmədova ikinci dəfə nikah masasına əyləşməyə tələsmədiyini deyib:

“Hələ gözəl mərhələlər keçirəm. Bizdə tanıma mərhələsidir. Mənim də həyatımda az şeylər olmadı. Yanıldığım, yandığım anlar oldu. Artıq səhv etmək hüququm da, şansım da çox azdır. Valideynlərimlə yaşayıram. Atamın öz, anamın öz qayğıları var. Düzdür, biz beş bacıyıq, amma onlarla yaşadığım üçün çox məsuliyyət mənim üzərimədir. Və bu qədər şeyin içində evliliyə hazır deyiləm. Mənə elə gəlir ki, hər şeyi yerinə qoyub, sonra evlilik haqda düşünmək olar”.

Qeyd edək ki, L. Məmmədova bir dəfə rəsmi nikahda olub, onun iki qız övladı var.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri