Şahdağ Milli Parkında 76 ədəd çətənə bitkisi aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Şahdağ Milli Parkının əməkdaşları tərəfindən avqustun 12-də keçirilən reyd zamanı Şahdağ Milli Parkında narkotik tərkibli, yabanı halda bitən və qulluq olunmayan 76 ədəd çətənə bitkisi aşkarlanıb.

APA-nın ETSN-in saytına istinadən verdiyi məlumata görə, çətənə bitkisi Oğuz bölməsinin Oğuz meşəbəylinin 8-ci dolayının 40-cı kvartalında aşkar olunub.

Faktla bağlı ETSN tərəfindən Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna məlumat verilib. ETSN əməkdaşları tərəfindən reydlər davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri