Azərbaycan iqtisadiyyatı 6%-ə yaxın böyüyüb
- 14.02.2022, 19:43,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar ayında Azərbaycanda 9 257,6 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çox ümumi daxili məhsul istehsal olunub.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 %, qeyri neft-qaz sektorunda isə 8,8 % artıb.
ÜDM istehsalının 54,4 %-i sənaye, 8,4 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 %-i nəqliyyat və anbar təsərrüfatı, 3 %-i tikinti, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 %-i informasiya və rabitə, 1 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,6 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 %-ni təşkil edib.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 47,4 % artaraq 922 manat olub.