Azad Rəhimov: “Azərbaycan əhalisinin 30 faizindən çoxunu gənclər təşkil edir”

Azad Rəhimov: “Azərbaycan əhalisinin 30 faizindən çoxunu gənclər təşkil edir” Azərbaycanda ölkə əhalisinin 30 faizindən çoxunu gənclər təşkil edir. APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən İCAPP Gənclər Qolunun 2-ci toplantısında çıxışı zamanı deyib. O bildirib ki, son 10 il ərzində dövlət başçısı tərəfindən gənclər siyasətinin dəstəklənməsi ilə bağlı iki dövlət proqramı qəbul olunub: “Bunlardan biri başa çatıb, biri isə hazırda icra olunur”.
 


Nazir qeyd edib ki, 2003-cü ildə gənclər siyasətinin dəstəklənməsinə dövlət büdcəsindən 245 min manat ayrılmışdısa, bu il bu rəqəm 25 milyon manata çatıb: “Ölkədə gənclər mərkəzlərinin açılması istiqamətində ciddi işlər görülür. 2006-cı ildən indiyə qədər 19 gənclər mərkəzi açılıb, növbəti 3 il ərzində də daha 14 gənclər mərkəzinin açılması nəzərdə tutulur”.
 


A. Rəhimov bildirib ki, əvvəllər nazirliklə əməkdaşlıq edən və gənclər siyasəti sahəsində çalışan 51 QHT vardısa, indi onların sayı 240-a çatıb: “Bu gün bələdiyyələrdə gənclərin sayı təxminən 4 min nəfərdən çoxdur. 326 nəfər isə bələdiyyə sədridir”.
Şərhlər
Sosial bölməsinin xəbərləri