David Zalkaliani: “Münhendə Azərbaycan və Ermənistanın iştirakı ilə panel baş tutub"



“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin BMT Baş Assambleyasının tribunasından səsləndirdiyi sülh təşəbbüsü barədə danışılıb. Mövzu ətrafında kifayət qədər maraqlı diskussiya aparılıb. Azərbaycan və Ermənistandan olan həmkarların iştirakı ilə panel baş tutub. Müzakirələrə ATƏT, Dünya Bankı və digər beynəlxalq təşkilatların nümayəndələri də qatılıblar”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

D.Zalkalianinin sözlərinə görə, müzakirələr zamanı İ.Qaribaşvilinin Dinc Qonşuluq Təşəbbüsü barədə ətraflı məlumat təqdim olunub: “Bizim təşəbbüsümüz qonşularımıza Tbilisini konkret layihələrin müzakirəsi üçün dialoq pltaformasına çevirmək təklifindən ibarətdir. Biz buna bugünkü kontekstdə baxmalıyıq, çünki təşəbbüsün əsas tərkib hissələrindən biri iqtisadiyyatla bağlıdır və bu, xarici təhdidləri neytrallaşdırmaq üçün çəkindirici amillərdən biridir.

Əgər təşəbbüslərin həyata keçirilməsi nəticəsində regionun, Gürcüstanın cəlbediciliyi və funksiyası artarsa, bu, təbii ki, mühüm çəkindirici amil olacaq və bu məsələdə tərəfdaşlarımızın hərtərəfli dəstəyi var. Donor təşkilatlar da konkret layihələrin işlənib hazırlanması üçün maliyyə vəsaiti ayırmağa hazırdırlar”.




Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri