Hikmət Hacıyevdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama

  


“Ukrayna ətrafında baş verən hadisələr narahatlıq doğuran proseslərdir və dialoqla həllini tapmalıdır”.

Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-yə müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsindən ibarətdir:

“Azərbaycan Respublikası bu məsələnin siyasi-diplomatik yollarla, dialoq vasitəsilə həllinin tərəfdarıdır. Bu mövqeyimiz ATƏT tərəfindən təşkil olunmuş xüsusi sessiyada da ifadə olunub”.


Şərhlər
Siyasət bölməsinin xəbərləri