Diaspor təşkilatı azərbaycanlı ailənin Ukraynada atəş altına düşərək həlak olduğunu təsdiqləyib
- 26.02.2022, 14:00,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xerson Azərbaycanlıları diaspor təşkilatı azərbaycanlı ailənin üç üzvünün Ukraynada atəş altına düşərək həlak olduğunu təsdiqləyib.
Diaspor təşkilatından APA-ya verilən məlumata görə, Qoşqar Fərzəliyev ailəsi ilə birlikdə Xerson vilayətinin İvanovka şəhərində yaşayıb.
Dünən Q. Fərzəliyevin həyat yoldaşı Nataliya Fərzəliyeva Xerson şəhərində təhsil alan oğlu Zauru evə gətirmək üçün avtomobillə Xersona gedib. Avtomobildə qızı Sabina və qonşunun övladı da olub. Avtomobil Xersondan İvanovkaya qayıdan zaman atəş altına düşüb. Nəticədə avtomobildə olan 4 nəfərin hamısı həlak olub.
Qeyd edək ki, Qoşqar Fərzəliyev əslən Cəbrayıl rayonundandır.