Rusiya qoşunları bütün istiqamətlərdə Ukraynaya hücuma keçib


Kiyev tərəfi danışıqlardan imtina etdikdən sonra bölmələr əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücuma keçmək əmri alıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

“Ukrayna tərəfi danışıqlar prosesindən imtina etdikdən sonra bu gün bütün bölmələrə əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri verilib”, - Konaşenkov deyib.




Report
Şərhlər
Dünya bölməsinin xəbərləri