Bakıda bankomat və ödəniş aparatlarından oğurluq edənlər tutulub

Bakıda bankomat və ödəniş aparatlarından oğurluq edənlər tutulub Bakıda bankomat və ödəniş aparatlarından oğurluq edənlər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazada quraşdırılmış, Beynəlxalq Banka məxsus bankomatdan oğurluğa cəhd göstərmiş Bilgəh qəsəbə sakinləri Məhərrəm Alırzayev, Elnur Tahirov və qardaşı Tahir tutulub.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların martın 26-da Qaz İstismar Sahəsinin otağından qapını sındırmaq yolu ilə "Modemis" MMC-yə və "Komtek LTD" MMC-nə məxsus "Paypoint" ödəniş aparatlarını və aprelin 19-da 4 saylı Qaz İstismarı Sahəsinin inzibati binasından pəncərədən girmək yolu ilə "Voys" şirkətinə məxsus "Paypoint" ödəniş terminalından 1592 manatı oğurlamaları, aprelin 25-də Binə qəsəbəsi Milli Aviasiya Akademiyasının qarşısındakı yeraltı keçiddə olan "Voys" şirkətinə məxsus "Paypoint" ödəniş terminalından isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri