Azərbaycan Televiziyası “Muğam” televiziya müsabiqəsinə start verib.
Bu barədə "LIFE.az"a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilir.
Müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər dəvət olunurlar.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini aşağıdakı bölgə və şəhərlərin sözügedən təşkilatlarına təqdim etməlidirlər:
Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvardan Lənkəran Regional Mədəniyyət İdarəsinə;
Bərdə, Yevlax, Xocalı, Xocavənd, Tərtər, Ağdam, Ağcabədi, Cəbrayıl, Füzulidən Bərdə Regional Mədəniyyət İdarəsinə;
Şamaxı, Zərdab, Ağsu, Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Qobustan, İsmayıllıdan İsmayıllı Regional Mədəniyyət İdarəsinə;
Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən bölgələrindən Xaçmaz Regional Mədəniyyət İdarəsinə;
Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən bölgələrindən, Şəki və Mingəçevir şəhərlərindən Şəki Regional Mədəniyyət İdarəsinə;
Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala, İmişli, Beyləqan bölgələrindən və Şirvan şəhərindən Sabirabad Regional Mədəniyyət İdarəsinə;
Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Tovuz, Qazax, Ağstafa, Şəmkir bölgələrindən, Gəncə və Naftalan şəhərlərindən Gəncə Regional Mədəniyyət İdarəsinə;
Naxçıvan Muxtar Respublikası ərazisində yaşayanlar MR Mədəniyyət Nazirliyinə;
Zəngilan, Qubadlı, Şuşa, Abşeron, Xızı bölgələrindən, Sumqayıt və Bakı şəhərlərindən AzTV-nin Musiqi və əyləncəli proqramlar redaksiyasına müraciət edə bilərlər.
Sənədlər fevralın 28-dən martın 28-nə kimi qəbul olunur. Yaşı 13-dən 16-ya qədər oğlanlar müsabiqəyə buraxılmırlar.
Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.