ABŞ səfiri: “Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək niyyətindəyik”
- 28.02.2022, 21:41,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulmasından indiyədək bizim bir çox sahələrdə birgə əməkdaşlığımız var. “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Əfqanıstanda təhlükəsizliyin təmin olunması istiqamətində apardığımız birgə fəaliyyətlər bu əməkdaşlığın tərkib hissəsidir”.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger fevralın 28-də iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ABŞ ilə Azərbaycan arasında təhsil, mədəniyyət və digər sahələrdə layihələrin sayını artırmaq, əlaqələri daha da möhkəmləndirmək niyyətindədilər: “ABŞ və Azərbaycan ötən 30 ildə bir çox nailiyyətlər əldə edib və əminik ki, güclü tərəfdaşlar olaraq bundan sonrakı 30 il ərzində daha böyük uğurlara imza atacaqlar”.
Report