Pakistanın baş naziri Azərbaycana səfər edəcək
- 14.08.2013, 14:16,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Pakistanın baş naziri Nəvaz Şərif gələn ilin ilk yarısında Azərbaycana səfər edəcək.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri İkramullah Məsud məlumat verib.
Onun sözlərinə görə, Pakistanın baş nazirinə Azərbaycana səfərlə bağlı dəvət var, lakin bu yaxınlarda seçkilərin keçirilməsi və hökumətin dəyişməsi səbəbilə səfər gələn il baş tutacaq: “Səfər tezliklə baş tutmalıdır. Ölkədə seçkilərin keçirilməsi ilə əlaqədar baş nazir gələn ilin əvvəli və ya ortasında Azərbaycana gələcək”.