Brent neftinin qiyməti 117 dolları ötüb



ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 117 dolları keçib.


LIVE.az xəbər verir ki, səhər saatlarında "Brent"in qiyməti 3,67% artaraq 117,08 dollara çatıb.


Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 3,32% artaraq 114,27 dollara çatıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri