Ermənistanın yeni prezidenti seçilib
- 03.03.2022, 14:40,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hakim “Mülki müqavilə” Partiyasının namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan Ermənistanın yeni prezidenti seçilib.
Live.az “Report”a istinadla xəbər verir ki, səsvermə ölkənin Milli Məclisində keçirilib.
Yeni dövlət başçısını səsvermənin ikinci turda seçmək mümkün olub.
Parlamentin 71 deputatı onun lehinə səs verib. Yeni prezidentin seçilməsi üçün 65 səs yetərli idi. Ermənistan parlamentindəki müxalifət fraksiyaları prezident seçkisini boykot edib.
1959-cu ildə anadan olmuş V.Xaçatryan Ermənistanın beşinci prezidentidir.
Qeyd edək ki, 1990-cı illərin əvvəllərində V.Xaçatryan İrəvanın meri və parlamentin deputatı olub. O, ötən ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilmişdi.
Xatırladaq ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. O, buna səbəb kimi dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verən lazımi səlahiyyətlərin olmadığını göstərib. Fevralın 1-dən prezidentin səlahiyyətlərini Ermənistan parlamentinin sədri Alen Simonyan icra edir.