"Brent" nefti 2012-ci ildən sonra ilk dəfə 130 dollar olub
- 07.03.2022, 07:47,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Brent" markalı neftin qiyməti bir barel üçün 130 dolları ötüb.
Live.az xəbər verir ki, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 9,35% artaraq bir barel üçün 129,06 dollar olub.
Qərbi Texas markalı neftin aprel fyuçersləri 9,68% artaraq 126,12 dollar təşkil edib.
Xatırladaq ki, “Brent” markalı neftin ən yüksək qiyməti 2008-ci ildə, bir barel üçün 143 dollar olub. Həmin tarixdən sonra neftin ən yüksək qiyməti 2012-ci ildə 128 dollar məbləğində olub.