Rusiya XİN: "Ukrayna ilə danışıqların növbəti raundunda mühüm addımlar atılacaq"





Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı hərbi əməliyyatların məqsədini və danışıqların növbəti raundunda mühüm addımların atılacağını açıqlayıb

Bunu Report TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

O, həmçinin danışıqların nəticə verəcəyinə inamını ifadə edib: “Biz Ukraynanı mülki əhalinin təhlükəsizlik təminatı üçün mümkün hər şeyi etməyə çağırırıq. Ümid edirik ki, danışıqların növbəti raundlarında irəliyə doğru daha mühüm addımlar atılacaq. Martın 7-də keçirilən danışıqlarda da müsbət impulslar oldu. Bu, xüsusilə humanitar dəhlizlərlə bağlıdır. 2 milyona yaxın insan təxliyə üçün Rusiyaya müraciət edib”.

“Biz Ukrayna hakimiyyətini devirmək və ya ölkəni məhv etmək istəmirik. Biz Rusiya üçün hərbi təhlükənin qarşısını almaq niyyətindəyik. Əməliyyatlarımız mülki əhaliyə qarşı yönəlməyib. Qərbdə kütləvi informasiya vasitələrində yazılanlar dezinformasiyadır”, – o bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri