Türkiyəli tanınmş müğənni Zeynep Bastık Bakıda konsert verib



Türkiyəli tanınmş müğənni Zeynep Bastık Bakıda konsert verib.Konsert 8 mart Bakı Konqres Mərkəzində baş tutub.Bastık peşəkar musiqiylə 2010-cu ildən məşğuldur. Populyar mahnıların kaverini ifa etməklə məşhurlaşıb.Her Yerde Sen" adlı sinqlı eyniadlı serialda səslənəndən sonra daha çox populyarlaşıb.

Türkiyəli ifaçı çıxışı zamanı ilk dəfədir Bakıya gəldiyini deyib. Qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən müğənni daha sonra Azərbaycan dilində çıxış edib.O, 2 gündür həmin çıxışa xüsusi hazırlandığını bildirib: "Mənim konsertimə xoş gəlmisiniz. Qadınlar Gününüz mübarək! "söyləyib.

Konsertdə Zeynep Bastıkın “Felaket”, “Gelene gidene”, “Dargin” və digər populyar mahnılar səsləndi. Konsert böyük anşlaqla keçdi və hamının zövgünə oxşadı.






Şərhlər
Şou-biznes bölməsinin xəbərləri