Lavrov: "Amerikalılar Türkiyədən sanksiyalara riayət etməyi tələb edir"
- 10.03.2022, 16:37,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Amerikalılar Türkiyədən, Hindistandan, Misirdən, Cənub-Şərq Asiya ölkələrindən, hətta Çindən belə sanksiyalara riayət etməyi tələb edir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.
“Belə böyük ölkələrə, belə böyük sivilizasiyalara hörmətsizliyi təsəvvür edə bilmirəm. Amerikalılar öz rusofobiyalarını apofeoza çatdırmaq üçün hər şey edərlər”, - nazir bildirib.
Report