“Çelsi”ni satmaq üçün Abramoviçə 81 gün vaxt verilib


“Çelsi”nin sahibi Roman Abramoviçə London klubunu satmaq üçün vaxt verilib.

Live.az APA-ya istinadla verdiyi məlumata görə, rusiyalı iş adamının “zadəganlar”dan əlini çəkməsi üçün 81 günü var.

Üstəlik, onun bu sövdələşmədən qazanc əldə etməsindən söhbət getmir. Paytaxt təmsilçisinin mövsümün sonuna qədər fəaliyyət göstərmək üçün lisenziyası mayın 31-də başa çatır. Həmin vaxta qədər satış həyata keçirilməsə, “aristokratlar” fəaliyyət göstərən struktur kimi mövcudluğunu dayandıra bilər.

Bundan başqa, “Çelsi”nin texniki sponsoru “Nike” şirkəti əməkdaşlığı ləğv etməyi nəzərdən keçirir. 2016-cı ildə londonlularla “Nike” arasında 900 milyon funt sterlinq qarşılığında 15 illik ortaqlıq müqaviləsi imzalanıb. Şirkət “Çelsi” ilə çalışmaqdan imtina etsə, klub 540 milyon funt sterlinq itirəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri