Putin, Makron və Şolts Rusiyanın Ukrayna ilə bağlı tələblərini müzakirə ediblər


Rusiya, Fransa və Almaniya liderləri Moskvanın Ukrayna ilə bağlı tələblərinin yerinə yetirilməsi üçün işlənən razılaşmalarla bağlı məsələləri müzakirə ediblər.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Vladimir Putin Emmanuel Makron və Olaf Şoltsu Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı dinc əhaliyə qarşı ehtiyatla davranması barədə məlumatlandırıb.

Putinin sözlərinə görə, əksinə, Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Bunlara müxalifət nümayəndələrinə qarşı məhkəmədənkənar repressiyalar, onların girov götürülməsi və mülki şəxslərdən canlı qalxan kimi istifadə edilməsi, yaşayış məntəqələrində, xəstəxanaların, məktəblərin yaxınlığında ağır silahların yerləşdirilməsi daxildir.

Hər 3 lider Ukraynadakı vəziyyətlə bağlı təmasların davam etdirilməsi barədə razılığa gəliblər.


Report
Şərhlər
Dünya bölməsinin xəbərləri