“Araz” klubunun I divizionda iştirak edəcəyi rəsmiləşib
- 14.08.2013, 14:36,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
AFFA-nın İcraiyyə Komitəsi I divizionda iştirakı gündəmdə olan Naxçıvanın “Araz” klubu ilə bağlı qərar verib. APA-nın məlumatına görə, qərara əsasən Naxçıvan təmsilçisi Premyer Liqaya çıxmağa iddialı digər klublarla birlikdə mübarizə aparacaq.
“Araz”ın regional çempionatda çıxış edəcəyi, sonradan həmin yarışın qalibi ilə I divizionun çempionunun görüşəcəyi ehtimal olunurdu. Lakin İcraiyyə Komitəsi bunu məqbul saymayaraq, bütün komandaların birlikdə mübarizəsini lazım bilib.
Düzdür, digər klubların Naxçıvan səfəri ilə bağlı xərcləri üzərinə götürə bilməməsini nəzərə alan AFFA həmin problemi də həll edib. Belə ki, bütün klubların Naxçıvan səfərlərini assosiasiya maliyyələşdirəcək.