Daş karxanasında işləyən fəhlə və üzərinə manqal düşən uşaq ölüblər

Azərbaycanda biri azyaşlı olmaqla, iki nəfər bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 13-də Qaradağ rayonu ərazisindəki Şahqaya daş karxanasında işləyən Astara rayon sakini Sarvan Mahmudov kombaynın içinə düşərək ölüb.

Avqustun 13-də Lənkəran rayonunun Haftoni qəsəbə sakini, azyaşlı Ağarahim Muradov isə həyətdə oynayarkən yıxılıb və manqalın üzərinə aşması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri