Kreml Baydenin Putinə qarşı ittihamlarına cavab verib



ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə bağlı açıqlamaları qəbuledilməzdir, başqa dövlətləri bombalayan ölkə prezidentinin belə sözləri deməyə haqqı yoxdur.


Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


"Prezidentimiz çox müdrik, uzaqgörən və mədəni beynəlxalq xadimdir və Rusiya Federasiyasının rəhbəri, dövlət başçısıdır. Cənab Baydenin bu cür bəyanatları barədə - mən artıq dünən dedim - onlar tamamilə qəbuledilməzdir, bağışlanmazdır. Ən əsası, yəqin ki, bütün dünyada insanları bombalayan dövlət başçısının bu sözləri demək hüququ ola bilməz”, - deyə Peskov vurğulayıb.



APA
Şərhlər
Dünya bölməsinin xəbərləri