Pentaqon: ABŞ Rusiya ilə müharibə etməyəcək

  


"ABŞ Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq niyyətində deyil, çünki bu, Vaşinqtonun Rusiya ilə istəmədiyi münaqişəyə gətirib çıxarardı".

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Slovakiyada keçirilən mətbuat konfransında bildirib.

“Bayden açıq şəkildə bildirdi ki, qüvvələrimiz Ukraynada döyüşməyəcək. Eyni zamanda, biz Ukraynanı və onun ərazisini qorumaq səylərini dəstəkləmək üçün mümkün olan hər şeyi edəcəyik”, - Pentaqonun rəhbəri deyib.

“Uçuşa qadağa zonasının yaradılması sizin Rusiya ilə döyüşlərdə iştirak etməyiniz deməkdir. Biz demişik, Rusiya ilə müharibə etməyəcəyik”, - Ostin vurğulayıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri