Azərbaycanda əhalinin gəlirləri 24 mlrd. dollara çatıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 18,9 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2 040,8 manat və ya ayda 291,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,7 faiz bəndi üstələyərək 5,8% olub.

Bu dövr ərzində gəlirlərin 68,9%-i son istehlaka, 9,3%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 20,2%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 17,2 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 7,2% artıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri