Avropa Liqasında 1/4 və 1/2 final cütlükləri bəlli olub

UEFA Avropa Liqasında cari mövsümün son püşkü atılıb.

LİVE.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 1/4 final və yarımfinal mərhələlərinin cütlükləri bəlli olub.

1/8 finalda Türkiyə "Qalatasaray"ını mübarizədən kənarlaşdıran İspaniya "Barselona"sı bu raundda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə qarşılaşacaq.

Püşkatma zamanı həmçinin final matçının nominal meydan sahibi də bəlli olub.

Avropa Liqası

1/4 final

"Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya)

"Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)

"Vest Hem" (İngiltərə) - "Lion" (Fransa)

"Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

Yarımfinal

1. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) / "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

2. "Vest Hem" (İngiltərə) - "Lion" (Fransa) / "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)

Final

2-ci cütün qalibi - 1-ci cütün qalibi

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan" stadionunda oynanılacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri