“Deutsche Bank” "Şimal axını 1" qaz kəmərinin bağlanmamasını istəyir



"Yeni sanksiyalar tətbiq etməzdən əvvəl Rusiyaya qarşı artıq tətbiq edilən sanksiyaların təsir göstərməsini gözləmək lazımdır. Həmçinin “Şimal axını 1” qaz kəmərinin işinin dayandırılması ilə bağlı qərarla tələsmək olmaz".

“Report” “RİA Novosti”yə istinadən əbər verir ki, bu barədə “Deutsche Bank”ın rəhbəri Kristian Zevinq deyib.

“Şimal axını 1” kəmərinin işini dayandırsaq, bu, Rusiya qazının Almaniyaya nəqlinin bitməsi demək deyil, lakin tezliklə ölkəmizdə enerji təchizatı ilə bağlı ciddi problemlərə və enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olacaq”, - o bildirib.

“Deutsche Bank” rəhbəri Rusiyaya qarşı elan edilmiş sanksiyaların qüvvəyə minməsini gözləməyi tövsiyə edib: "Sanksiyalar təkcə Rusiya iqtisadiyyatına ölümcül təsir göstərməyək, həm də bizə mənfi nəticələrə səbəb olacaq. Yeni, daha sərt sanksiyaların zəruriliyi daim araşdırma mövzusu olmalıdır”.

Onun sözlərinə görə, əgər federal hökumət sanksiyaların sərtləşdirilməsi barədə qərar qəbul edərsə, “Deutsche Bank” bunu dəstəkləyəcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri