Azərbaycan neftinin qiyməti 125 dolları keçib



Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 125 dolları keçib.

Bu barədə LİFE Azerbaijan məlumat verir.

 “Brent” markalı neftin bir bareli 122 ABŞ dolları ötüb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri