Boris Conson: "Rusiyanın AVRO-2028 arzusu satiradan da betərdir"
- 25.03.2022, 12:58,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük Britaniyanın Baş naziri Borus Conson Rusiyanın 2028 və 2032-ci il Avropa çempionatlarına ev sahibliyi üçün namizədliyini irəli sürməsinə münasibət bildirib.
Hökumət başçısı Belçikanın paytaxtı Brüsseldəki NATO sammitində çıxışı zamanı belə bir addımın gülünc olduğunu bildirib.
Onun fikrincə, Rusiyanın istənilən futbol və ya mədəniyyət tədbirini keçirmək arzusu satiradan da betərdir: "Kiminsə onların təklifinə ciddi yanaşacağına inana bilmirəm. Ən yaxşısı o olardı ki, Rusiya qoşunları dərhal Ukraynadan çıxardı və bu hüquq Ukraynaya verilərdi".
AVRO-2028-ə Böyük Britaniya və İrlandiya da birgə namizədliyini verib. UEFA Ukraynaya hərbi müdaxilə ilə əlaqədar Rusiyanın bütün klublarını və milli komandasını bütün yarışlardan kənarlaşdırıb. Eyni zamanda, Avropa yığmalarının oyunlarının bu ölkədə yayımı ilə bağlı müqavilənin ləğvi nəzərdən keçirilir.
Report