Bayden Putinlə bağlı dediklərinə aydınlıq gətirib


ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin haqqında dediklərinə münasibət bildirib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Putinin müharibə cinayətkarı olması barədə bəyanatı Vaşinqtonun siyasi mövqeyi deyil, sadəcə olaraq şəxsi qəzəbinin ifadəsidir.

O, həmçinin əmin edib ki, ABŞ-ın Rusiya rəhbərliyini dəyişmək siyasəti yoxdur.

Co Bayden bildirib ki, Rusiya ilə quru və ya nüvə müharibəsi onun istədiyi son şeydir. Eyni zamanda Bayden bir daha xəbərdarlıq edib ki, Rusiya Ukraynada kimyəvi silahdan istifadə edərsə, bunun ardınca əhəmiyyətli cavab veriləcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri